Ferstappen “Formula 1”in ən çox qazanan pilotu oldu


Hollandiyalı “Red Bull” pilotu Maks Ferstappen 2025-ci il mövsümünün sonunda 76 milyon dollar qazanaraq, ən çox qazanan “Formula 1” pilotu olub.
Yeniavaz.com
xəbər verirki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
İkinci yeri 70,5 milyon dollar qazanan “Ferrari”nin yeddiqat “Formula 1” çempionu britaniyalı Luis Hamilton tutub.
Üçüncü yerdə hazırkı dünya çempionu, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris (57,5 milyon dollar) qərarlaşıb.
Qeyd edək ki, 28 yaşlı Ferstappen dördqat “Formula 1” çempionudur (2021, 2022, 2023, 2024). O, ötən mövsüm pilotlar sıralamasında ikinci olub.
Hollandiyalı pilot son dörd mövsümdə “Formula 1”də qazanc məbləği baxımından lider olub.

DİGƏR XƏBƏRLƏR

Top