Əmək müqaviləsi ilə işləyənlərin sayı 9,1 min nəfər artıb


Bu ilin noyabr ayının 1-ə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 782,4 min nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, muzdla çalışan işçilərin 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 16 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 25,1 min nəfər artıb. Nəticədə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı son bir ildə 0,5% və ya 9,1 min nəfər artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top