
“Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyada taxılın dəmir yolu ilə daşınmasını həyata keçirən “Rusaqrotrans” QSC-nin ortaq müəssisəsi olan “AzRusTrans” QSC (VÖEN – 2003950691) ləğvetmə prosesi ilə əlaqədar səhmlərinin dövriyyədən çıxarılmasını və ləğv edilməsini elan edib.
Yeniavaz.com xəbər verir ki, “AzRusTrans” QSC-nin ləğv olunması ilə bağlı məlumat 3 ay əvvəl yayılıb.
Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Məmmədov Ayaz Əlibala oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz