Lamin Yamaldan yeni ÇL rekordu


İspaniyanın “Barselona” klubunn hücumçusu Lamin Yamal Çempionlar Liqası tarixində yaşı 18 və daha aşağı olan oyunçular arasında ən məhsuldar futbolçu olub.
Yeniavaz.com
xəbər verir ki, cinah oyunçusu Çempionlar Liqasının 6-cı turunda Almaniyanın “Ayntraxt Frankfurt” klubuna qarşı oyunda bir məhsuldar ötürmə edib.
Qarşılaşma Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ispan futbolçu 7 qol və 7 məhsuldar ötürmə ilə “Monako” və “PSJ”də 10 qol və 3 məhsuldar ötürmə edən “Real Madrid”in hücumçusu Kilian Mbappenin geridə qoyub.
Qeyd edək ki, kataloniya klubu növbəti oyununu Çexiyanın “Slaviya”sına qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top