
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün Ermənistanda “TRIPP Company” adlı birgə Ermənistan-ABŞ müəssisəsi qeydiyyatdan keçəcək.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Xarici Siyasət Cəmiyyətindəki çıxışında bildirib.
Onun sözlərinə görə, birgə müəssisə dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək.
Ermənistan Baş naziri əlavə edib ki, layihənin praktiki icrası və tikintisi gələn ildən başlayacaq.
Paşinyanın fikrincə, “Tramp Marşrutu” layihəsi, eyni zamanda Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələri, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edən Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz