
ABŞ-nin Florida ştatında kiçikhəcmli “Interstate 95” təyyarəsi magistral yola qəza enişi edib.
Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, təyyarə yola enməyə çalışarkən “Toyota” markalı avtomobilin üzərinə düşüb.
Rəsmilər bildiriblər ki, avtomobilin sürücüsü, Melburndan olan 57 yaşlı qadın yüngül xəsarət alıb və müalicə üçün xəstəxanaya aparılıb.
Federal səlahiyyətlilər bildiriblər ki, pilot təyyarə magistral yola düşməzdən bir neçə dəqiqə əvvəl mühərrik problemləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda onun səhhəti yaxşıdır.
Qeyd edək ki, hadisə həmin yoldakı avtomobillərdən birinin üzərinə quraşdırılmış kamera tərəfindən anbaan lentə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz