ABŞ gələn il Ukraynaya nə qədər yardım ayıracaq?


ABŞ qanunvericiləri milli təhlükəsizlik üçün rekord xərclər və Ukraynaya 400 milyon dollar yardımı əhatə edən 2026-cı il müdafiə büdcəsi qanun layihəsini təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, “The Hill”in dərc etdiyi qanun layihəsinə görə, 2026-cı il müdafiə büdcəsi 901 milyard dollar olacaq.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp 892,6 milyard dollar tələb edib.
Qanun layihəsi həmçinin Kiyevə 400 milyon dollar hərbi yardım nəzərdə tutur.
“Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün genişləndirilməsi və dəyişdirilməsi. 2026-cı maliyyə ili üçün – 400 milyon dollar”, - qanun layihəsində deyilir.
Sənəd layihəsi həmçinin Rusiyanın Hind-Sakit okean regionunda yerləşən ölkələrə, xüsusən də Çinə təsir edən hərbi strategiyası, məqsədləri və güc mövqeyinin qiymətləndirilməsini, eləcə də müdafiə ticarəti, birgə hərbi təlimlər və hərbi kəşfiyyat məlumatlarının mübadiləsi daxil olmaqla, Moskva və Pekin arasında əməkdaşlığın qiymətləndirilməsini tələb edir. Bundan əlavə, qanun layihəsi Rusiya və Şimali Koreya arasındakı müqavilənin məqsədlərinin öyrənilməsini, o cümlədən texnologiya mübadiləsinin təhlilini tələb edir.
Qanun layihəsinə əsasən, Çin, Rusiya, İran və Şimali Koreya arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın cari xarakteri və miqyasının təsviri də hazırlanmalıdır.
Nəşrin məlumatına görə, bu qanun layihəsinə səsvermə bu həftə baş tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top