“Real Madrid” Xabi Alonsonu istefaya göndərə bilər − “El Mundo”


“İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi İspaniya çempionatında “Selta Viqo”ya 2:0 hesabı ilə uduzduqları oyundan sonra Xabi Alonsonun baş məşqçi postundan uzaqlaşdırılması imkanını müzakirə edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, Alonso Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti”yə uduzacağı təqdirdə, istefaya göndərilə bilər.
Oyun dekabrın 10-da Madriddə oynanılacaq.
Nəşr həmçinin məşqçinin futbolçularla əlaqəni kəsdiyini iddia edir. Alonso istefaya göndərilsə, Zinəddin Zidan və ya Yurgen Klopp bu vəzifəyə keçə bilər.
44 yaşlı Alonso 2025-ci ilin may ayındankluba rəhbərlik edir. O, əvvəllər İspaniyada klubun gənclər komandası və “Real Sosyedad”ın ikinci komandasında çalışıb. O, həmçinin 2023/24 mövsümündə klub tarixində bir dəfə də olsun uduzmadan Almaniya çempionluğunu qazandığı “Bayer Leverkuzen”i də çalışdırıb. Onun rəhbərliyi altında klub Almaniya kubokunu və Superkubokunu da qazanaraq Avropa Liqasının finalına yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top