
“Counterpoint” analitikləri 2025-ci ilin üçüncü rübü üçün qlobal planşet bazarı ilə bağlı hesabatı açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, hesabata görə, bir çox istehsalçılar əhəmiyyətli artım nümayiş etdiriblər.
“Apple” əvvəlki ildə olduğu kimi, eyni bazar payını (34%) saxlayıb və lider olaraq qalıb.
Hesabatda “iPad” satışlarının 2026-cı ildə təxminən 10% artacağı proqnozlaşdırılır.
İkinci yerdə 18% payla “Samsung” qərarlaşıb. Lakin onun satışları ötən illə müqayisədə artmayıb.
“Lenovo” üçüncü yeri tutaraq, bazarın 9%-nə sahib olub və tədarüklərdə 23% artım nümayiş etdirib.
“Huawei” isə siyahıda dördüncü olub. Şirkət satışları 10% artırıb və 9% bazar payına sahib olub ki, bu da 2024-cü ilin 3-cü rübündən 1% çoxdur. Bunda “MatePad” 11.5 S və 12 X cihazlarının populyarlığı mühüm rol oynayıb.
“Amazon” 13% satış artımı ilə beşliyi tamamlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz