
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda 47 ədəd mənzil alacaq.
Yeniavaz.com xəbər verir ki, Agentlik “Hünər-İnşaat” firmasından (VÖEN – 1500271551) Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçtaqlı mənzil satın alacaq və qarşılığında 3 milyon 186 min 650 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda bir mənzil üçün orta hesabla 67 min 800 manat xərcləyəcək.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz