
İspaniya çempionatının XVI turu çərçivəsində “Real Madrid” doğma meydanında “Selta Viqo” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Kral klubu” azarkeşlərinin önündə 0:2 hesabı ilə məğlub olub.
Qonaqların qollarını 53 və 90+3-cü dəqiqələrdə Uilliot Svedberq vurub.
Meydan sahiblərinin heyətində Fran Qarsiya (64) və Alvaro Karreras (90+2) qırmızı vərəqə ilə cəzalandırılıblar.
Qeyd edək ki, hazırda Laliqaya 40 xalla “Barselona” liderlik edir. “Real Madrid” 36 xalla ikinci, “Selta Viqo” isə 19 xalla onuncu pillədə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz