
ABŞ Prezidenti Donald Trampın yanvarda vəzifəsindən getməyə hazırlaşan Ukraynadakı xüsusi nümayəndəsi Kit Kelloq müharibənin dayandırılması ilə bağlı razılaşmanın yaxın gələcəkdə əldə olunacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, “Reuters”ə bu barədə danışarkən hazırda həll olunmamış iki əsas məsələni açıqlayıb.
Kelloq bildirib ki, danışıqların taleyi Donbasın gələcəyi və Zaporojye atom elektrik stansiyasından asılıdır.
O deyib ki, münaqişənin tənzimlənməsi səyləri sonuncu mərhələyə çatıb:
“Bu mərhələ, həmişə ən çətini olub”.
Qeyd edək ki, həm Donbas, həm də Avropanın ən böyüyü hesab olunan Zaporojye atom elektrik stansiyası Rusiyanın nəzarəti altındadır.
“Əgər biz bu iki məsələni həll etsək, düşünürəm ki, qalan hər şey yaxşı gedəcək,” — deyə Kelloq bildirib.
Onun sözlərinə görə, müharibənin başlanğıcından bəri, həm ölənlər, həm də yaralananlar daxil olmaqla, Rusiya və Ukrayna birlikdə 2 milyon nəfərdən çox itki verib.
Tətbiqimizi yükləyə bilərsiniz