“Suriyada dörd ildən sonra prezident seçkiləri keçiriləcək” − “Əl-Şaraa”


Suriyada yeni konstitusiyaya əsasən dörd ildən sonra prezident seçkiləri keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Doha Forumunda çıxış edən Ərəb Respublikasının keçid prezidenti Əhməd əl-Şaraa bildirib.
“Biz əhatəli milli dialoq konfransı keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin əsasını təşkil edəcək konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik”, - əl-Şaraa deyib. 
O, keçid hökumətinin ölkənin düşdüyü çətin şəraitə baxmayaraq parlament seçkilərini təşkil etdiyini qeyd edərək, bu prosesin adekvat infrastrukturun olmadığı şəraitdə mövcud vəziyyətə uyğun baş tutduğunu vurğulayıb. 

DİGƏR XƏBƏRLƏR

Top