“Barselona” Martinesi ala bilər


“Barselona” növbəti transfer pəncərələrini planlaşdırır və Kataloniya klubunun əsas prioritetlərindən biri dünya səviyyəli mərkəz hücumçusu əldə etməkdir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN jurnalist Rudi Qalettiyə istinadən məlumat yayııb.
Bildirilib ki, “İnter”in hücumçusu Lautaro Martines klubun siyahısında olanlar arasındadır.
Mənbənin sözlərinə görə, 28 yaşlı futbolçu hazırda yeni yüksək profilli hücumçu üçün bazarda axtarış aparan klubun idman direktoru Dekonun əsas hədəfinə çevrilib.
Qeyd edək ki, bu mövsüm Martines bütün turnirlərdə 17 matçda meydana çıxıb, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 85 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top