Dünya Çempionatının qrup tərkibi açıqlandı − Siyahı


2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının final mərhələsi üçün bütün qrupların tərkibi müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, püşkatma mərasimi Vaşinqtonda baş tutub.
A qrupuna Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, həmçinin UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya);
B qrupuna Kanada, Qətər, İsveçrə, həmçinin UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels-Bosniya və Herseqovina);
C qrupuna Braziliya, Mərakeş, Şotlandiya və Haiti;
D qrupuna ABŞ, Paraqvay, Avstraliya, həmçinin UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo);
E qrupuna Almaniya, Ekvador, Kot-d'İvuar və Kurasao;
F qrupuna Hollandiya, Yaponiya, Tunis, həmçinin UEFA B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya);
G qrupuna Belçika, Misir, İran və Yeni Zelandiya;
H qrupuna İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı və Kabo Verde;
I qrupuna Fransa, Seneqal, Norveç, həmçinin FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq);
J qrupuna Argentina, Avstriya, Əlcəzair və İordaniya;
K qrupuna Portuqaliya, Kolumbiya, Özbəkistan, həmçinin FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası);
L qrupuna İngiltərə, Xorvatiya, Qana və Panama daxil olub.

Qeyd edək ki, pley-off oyunları martın 26-sı və 31-də keçiriləcək. 48 komanda ilk dəfə Dünya Kubokunun final mərhələsində iştirak edəcək. Turnir ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Açılış matçında Meksika Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda Cənubi Afrika yığması ilə qarşılaşacaq

DİGƏR XƏBƏRLƏR

Top