“Sony Pictures” “Qara geyimli adamlar”ın yeni hissəsi üzərində işləyir


“Sony Pictures” şirkəti “Qara geyimli adamlar” franşizasının beşinci hissəsi üçün ssenarist işə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. 
“Bad Boys for Life” və “Bad Boys Till the End” döyüş komediyalarının ssenariləri ilə tanınan Kris Bremner kult franşizasının ssenarisini yazacaq.
Aktyorlar Tommy Li Cons və Uill Smitin əvvəlki dörd filmdən üçündə oynadıqları yadplanetli ovçuları rollarını təkrar canlandırıb- canlandıracaqları hələlik məlum deyil. Bununla belə, nəşr qeyd edir ki, Bremnerin bu işə qarışması Smiti cəlb edə bilər, o da “Bad Boys” franşizasında iki filmdə rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top