
“X” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) “Rəqəmsal Xidmətlər Aktı”nı pozduğuna görə 120 milyon avro cərimələnib.
Yenavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının xüsusi nümayəndəsi Tomas Renye Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, bunun müvafiq qanunu pozulması ilə bağlı ilk cərimə olduğunu qeyd edib.
Aİ-nin “Rəqəmsal Xidmətlər Aktı” (“Digital Services Act”) onlayn platformalar (sosial media, marketpleyslə, axtarış sistemləri) üçün vahid qaydalar müəyyən edərək, onları təhlükəsiz rəqəmsal məkan yaratmağa, qeyri-qanuni məzmunla (terrorizm, nifrət nitqi, dezinformasiya) mübarizə aparmağa, reklam və alqoritmlərin şəffaflığını artırmağa, istifadəçilərin, xüsusilə də uşaqların hüquqlarını qorumağa məcbur edir.
Qeyd edək ki, akt 2024-cü ilin fevralında tam qüvvəyə minib.
Tətbiqimizi yükləyə bilərsiniz