Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur – Siyahı


Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 77 min 722 manat 77 qəpik olan tender müsabiqəsinin qalibi “Neosol” MMC (VÖEN - 3101071221) olub.
“Neosol” MMC Dövlət Radiotezliklər İdarəsinin sifarişi ilə bu quruma təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Neosol” MMC-nin qanuni təmsilçisi Cəfərov Pərviz Saleh oğludur.
Məlumat üçün bildirək ki, “Neosol” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
“Daşkəsən Dəmir Filizi” MMC-nin tenderi – 57 777,77 manat;
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tenderi – 23 222,22 manat;
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tenderi – 49 777,77 manat;
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tenderi – 77 222,22 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top