
Bu ilin ilk 9 ayı ərzində 4 milyon 649 min 816 nəfər Azərbaycan vətəndaşı turizm məqəsdi ilə ölkədaxili səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, turizm məqəsdi ilə ölkə daxili səfər edən vətəndaşlar ümumilikdə 4 milyard 555,7 milyon manat pul xərcləyiblər.
Hər bir vətəndaş orta hesabla 980 manat pul xərcləyib.
Turizm məqəsdi ilə xərclənən pulların 1 milyard 178,2 milyon manatı və ya 25,8%-i malların və hədiyyələrin alınmasına sərf olunub.
Bundan başqa, 1 milyard 106,4 milyon manat və ya ümumi xərclərin 24,3%-i qidalanmaya yönəldilib. Xərclərin 18,6%-i (846 milyon manat) yerləşməyə, 15%-i (684 milyon manat) nəqliyyat, 2,4%-i isə (109,6 milyon manat) idman və əyləncə xidmətlərinə sərf olunub.
Yerli turistlərin ən az vəsait xərclədiyi istiqamət isə mədəniyyətlə bağlı olub. Turizm məqəsdi ilə xərclənən pulların cəmi 1,5%-ni (66,4 milyon manat) mədəniyyətlə bağlı xərclər təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz