
2026-cı il FIFA Dünya Çempionatı qrup mərhələsi üçün püşkatma səbətləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, 4 səbətə 48 çempionat iştirakçısı daxil olub.
Səbətləri təqdim edirik:
1-ci səbət: ABŞ, Meksika, Kanada, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika, Almaniya.
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kapo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, həmçinin Avropa və qitələrarası pley-off mərhələsində qalib gələn altı komanda.
Püşkatma mərasimindən sonra 48 turnir iştirakçısı dörd komandadan ibarət 12 qrupa bölünəcək.
Avropa konfederasiyaları istisna olmaqla, hər qrupa bir konfederasiyadan maksimum bir komanda daxil ola bilər. Avropa konfederasiyaları üçün isə bu rəqəm minimum bir, maksimum isə iki ola bilər.
Qeyd edək ki, püşkatma mərasimi bu gün dekabrın 5-də Vaşinqtonda Tətbiqi İncəsənət Mərkəzində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatının finalı İst-Raterforddakı (Nyu-York) “MetLife” stadionunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz