
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yeni rəhbəri dekabrın 5-də seçiləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat yayıb.
Qeyd edək ki, “RBK-Ukrayna” agentliyi mənbələrə istinadla Zelenskinin bu vəzifəyə altı namizədi nəzərdən keçirdiyini bildirib. Onların arasında müdafiə naziri Denis Şmıqal, baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixail Fyodorov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Zelenskinin ofisinin rəhbərinin müavini Pavel Palisa da var.
Digər iki namizədin adı açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz