
ABŞ 30-dan çox ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən sizə dəqiq rəqəm verməyəcəyəm, ancaq 30-dan çox belə ölkə var”, - Noem bildirib.
Onun sözlərinə görə, bu, stabil hökumətləri olmayan ölkələrə aiddir.
Qeyd edək ki, noyabrın 26-da bir nəfər Vaşinqtonun mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın əsgərlərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr məsafədə olub. Hücum edən şəxs və iki Milli Qvardiyanın əsgəri yaralanaraq xəstəxanaya yerləşdirilib. Əsgərlərdən biri daha sonra dünyasını dəyişib. Daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra Müttəfiqlərin Qəbul Proqramı çərçivəsində Əfqanıstandan ABŞ-yə gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz