Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi


5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.
“Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top