
Beynəlxalq Futbol Federasiyası (FİFA) və “Lego” Dünya Kubokunu əks etdirən konstruktor buraxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Xüsusi konstruktorun buraxılışı qarşıdan gələn 2026-cı il dünya çempionatına təsadüf edir.
Dünya Kuboku 1:1 miqyasında toplanacaq. Dəstdə 2842 detal olacaq. “Lego” və FIFA-nın birgə məhsulu 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin başlaması ərəfəsində satışa çıxarılacaq.
Dünyanın ən böyük futbol turniri ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın ilk oyunu 2026-cı il iyunun 11-də keçiriləcək. Turnirə iyulun 19-na planlaşdırılan final oyunu ilə yekun vurulacaq.
Tətbiqimizi yükləyə bilərsiniz