“Qaçqınkom” Azərbaycanda Ağdərə rayonunun olduğundan xəbərsizdir? – Fotofakt


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) rəsmi veb-saytının – idp.gov.az ünvanının əsas səhifəsində yerləşdirilmiş interaktiv məlumatlar bölməsində səhvə yol verilib.
Yeniavaz.com
xəbər verir ki, interaktiv məlumatlar bölməsindəki xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub.
Qeyd edək ki, bu hissədə “Qaçqınkom”un regional nümayəndəlikləri barədə məlumatlar yer alır.
Lakin “Qaçqınkom”un təqdim etdiyi və interaktiv məlumatların yer aldığı xəritədə Azərbaycan rayonlarından biri – Ağdərə rayonu göstərilməyib.

Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top