
Fövqəladə Hallar Nazirliyi (FHN) “Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası” dini icmasının sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi, 19A ünvanında inşa olunan binanın istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 473,15 kvadratmetr olan bina 2 mərtəbə və zirzəmidən ibarətdir.
Qeyd edək ki, FHN həmin bina ilə bağlı 21 noyabr 2025-ci il tarixli, 10138 nömrəli istismara hazır olma aktını təsdiqləyib.
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 19A ünvanında Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı yerləşir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz