
Bu ilin ilk 9 ayında işğaldan azad olunan rayonlara turizm məqsədi ilə 753 min 558 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yerli turistlər ən çox Şuşa rayonuna gediblər.
Bu ilin ilk 9 ayı ərzində Şuşaya 193 min 634 yerli turist səfər edib.
Qeyd edək ki, işğaldan azad olunan rayonlara səfər edən turistlər ümumilikdə 86 milyon 632,6 min manat xərcləyiblər. Turistlərin ən çox Şuşada, ən az isə Ağdərədə xərcləri çıxıb. Şuşada adambaşına düşən xərc 192,1 manat, Ağdərədə isə 26,5 manat olub.
Onu da bildirək ki, bu ilin ilk 9 ayında Qubadlı və Kəlbəcər rayonlarına yerli turist səfər etməyib.
Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad olunan rayonlara turizm məqsədi ilə səfər edənlərin sayı və xərclədikləri vəsait belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz