Bu gün İsrailin Avroviziyadakı taleyi bəlli olacaq


Təşkilatçılar və iştirakçı ölkələr bu gün İsrailin Avroviziya Mahnı Müsabiqəsində iştirakına icazə verilib-verilməməsi məsələsini müzakirə edəcəklər.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, bu, İsrail hökumətinin Qəzzadakı müharibəni aparma tərzinə etirazlar və ədalətsiz səsvermə iddiaları fonunda baş tutacaq.
İrlandiya, İspaniya, Niderland və Sloveniya da daxil olmaqla bir sıra ölkələr bəyan ediblər ki, əgər İsrail iştirak etsə, onlar Avroviziyanı boykot edəcəklər. Almaniya isə bildirib ki, İsrail müsabiqədən kənarlaşdırılarsa, onlar da iştirakdan imtina edəcəklər.
Qeyd edək ki, 2024 və 2025-ci ildə baş tutan Avroviziya müsabiqələrinə anti-İsrail etirazçıları mane olmağa çalışıblar. Etirazçılar bunu İsrailin Qəzzada törətdiklərinə görə etdiklərini bildiriblər.
Qeyd edək ki, müsabiqənin növbəti dayanacağı Vyanadır.

DİGƏR XƏBƏRLƏR

Top