
“Ukraynanın boru kəmərinə növbəti hücumuna baxmayaraq, Rusiyadan Macarıstana Drujba kəməri ilə neft nəqli fasiləsiz davam edib”.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Mən MOL rəhbərliyi ilə məsləhətləşdim. Ukraynanın hücumuna baxmayaraq, “Drujba” kəməri fasiləsiz olaraq Macarıstana neft çatdırmağa davam edir", - Orban qeyd edib.
Öz növbəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna tərəfini neft kəmərinə növbəti hücumlara cəhd etməməyə çağırıb:
“Biz Ukraynanı Macarıstanın enerji təhlükəsizliyini təhdid etməyi dayandırmağa çağırırıq, xüsusən də Ukraynanın enerji idxalının əhəmiyyətli hissəsinin hazırda Budapeştdən gəldiyini nəzərə alsaq".
Xatırladaq ki, son aylarda ukraynalı hərbçilər Rusiyanın “Drujba” neft kəməri infrastrukturuna bir neçə dəfə hücum ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz