
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev “İlin hüquqşünası” mükafatını alıb.
Yeniavaz.com xəbər verir ki, Medvedyev “Dövlət və hüququn inkişafına xüsusi töhfəyə görə” nominasiyası üzrə mükafatlandırılıb.
“İlin hüquqşünası” Rusiyanın ən yüksək hüquq mükafatıdır. Mükafat 2008-ci ildə Rusiya Federasiyası Prezidentinin fərmanı ilə təsis edilib (o vaxt bu vəzifəni Dmitri Medvedev tuturdu).
Qeyd edək ki, bu, birinci dəfə deyil ki, mükafat Rusiyanın yüksək rütbəli dövlət məmurlarına təqdim olunur. Məsələn, 2022-ci ildə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “İnsan hüquqlarının müdafiəsi” kateqoriyasında “İlin hüquqşünası” mükafatını alıb.
Tətbiqimizi yükləyə bilərsiniz