Hansı ölkədən gələn turistlər Azərbaycanda mədəniyyətlə bağlı daha çox pul xərcləyib?


Bu ilin yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana gələn 1 milyon 538 min 453 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs burada 2 milyard 791,6 milyon manat xərcləyiblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərcləmələrin əsas hissəsi nəqliyyat, yerləşmə və qidalanmaya yönəlib.
Qeyd edək ki, turistlərin ümumi xərcləri arasında mədəniyyət istiqamətində xərclənən vəsait cəmi 0,6% paya sahib olub. Turistlər bu istiqamətdə cəmi 17 milyon 401 min manat pul xərcləyiblər.
Mədəniyyət sahəsinə ən çox vəsait xərcləyən 6 ölkə bunlardır:
Rusiya – 5 197,1 min manat
Türkiyə – 2 057,1 min manat
Səudiyyə Ərəbistanı – 1 276,6 min manat
Qazaxıstan – 925,7 min manat
Gürcüstan – 779,7 min manat
Hindistan – 713,3 min manat
Mədəniyyət sahəsinə ən az vəsait xərcləyən 5 ölkə isə bunlardır:
Suriya – 1,9 min manat
Norveç – 15,6 min manat
Latviya – 18,5 min manat
Bolqarıstan – 19,6 min manat
İsveçrə – 19,8 min manat

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top