“Danışan Hökumə Əliyevadır...” – 1 il sonra yeni kadrlar yayıldı


Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə təyyarədə lentə aldığı kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.
O bildirib ki, kadrların olduğu atasına məxsus telefonu iki gün əvvəl əldə edib.
Görüntülərdə Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın sərnişinlərə məlumat xarakterli anonsu səsləndirdiyi eşidilir.
Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top