“Azərbaycan” qəzeti 10000-ci sayında dərc olunan fotonu saxtalaşdırıb?


“Azərbaycan” qəzetinin bu gün çap olunan 10000-ci sayında Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.
Yeniavaz.com
xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev özünün sosial media hesabında yazıb.

“Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi foto gerçək  deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır”, - deyə A. Musayev qeyd edib.
O, həmçinin fotonun əslini də posta əlavə edib.

Məsələ ilə bağlı “Azərbaycan” qəzeti ilə əlaqə saxlamağa çalışsaq da, mətbuat orqanının rəsmi veb-səhifəsinin “Əlaqə” bölməsində yerləşdirilən vasitələrə cavab verən olmadı.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top