Avropa 2027-ci ilə qədər Rusiyadan qaz idxalını tamamilə dayandıracaq


Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması barədə razılıq əldə ediblər.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, yeni razılaşma Aİ-nin Rusiyadan enerji asılılığını sona çatdırmaq səylərinin bir hissəsi olaraq hüquqi baxımdan məcburi qadağaları nəzərdə tutur.
Sənədə əsasən, Rusiyadan maye təbii qazın (LNG) idxalına 2026-cı ilin sonundan tam qadağa qoyulacaq. Boru kəmərləri vasitəsilə qaz tədarükü isə 2027-ci ilin payızına qədər tamamilə dayandırılacaq.
Aİ-nin məlumatına görə, oktyabr ayına olan göstəriciyə əsasən, Rusiyanın payı ümumi qaz idxalında 12%-ə düşüb. Bu göstərici Ukraynaya 2022-ci ildə hərbi müdaxilədən əvvəl 45% idi. Hazırda Macarıstan, Fransa və Belçika Rusiyadan qaz alan ölkələr arasında qalır.

DİGƏR XƏBƏRLƏR

Top