Holandan unikal rekord


“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan İngiltərə Premyer Liqasında (APL) 100 qola çatmaq üçün lazım olan matçların sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, Holan bu tarixi uğuru Premyer Liqanın 14-cü turunda “Fulhem”lə səfər oyununda (5-4) əldə edib.
Bu uğura nail olmaq üçün ona 111 oyun lazım olub. Əvvəlki rekord 124 oyunda 100 qol vuran ingilis hücumçu Alan Şirerə məxsus olub.
Qeyd edək ki, 25 yaşlı Holan 2022-ci ilin iyulunda “Mançester Siti”yə qoşulub. Bu klubla norveçli futbolçu iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku və bir “FA Community Shield”, həmçinin Çempionlar Liqası və UEFA Super Kuboku qazanıb. O, daha əvvəl Almaniya kubokunu qazandığı Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edib. Bundan əvvəl norveçli forvard Avstriyanın “Zalsburq” klubunun rənglərini qruyub. O, burada iki Avstriya çempionluğu və bir kubok qazanıb.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla ikincidir. “Fulhem” isə 17 xalla 15-ci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top