
Ukrayna Silahlı Qüvvələrində döyüşmüş “Orel i reşka” televiziya səyahət şousunun rejissoru Vasil Xomko cəbhədə dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Qalina Spivak və bacısı Alena Xomko məlumat yayıblar.
Bildirilib ki, oktyabr ayında yaxınlarına məlumat verilib ki, Vasil Xomkon döyüş tapşırığı zamanı itkin düşüb. Sonradan məlum olub ki, o, oktyabrın 2-si əməliyyat nəticəsində dünyasını dəyişib. Onun 45 yaşı var idi.
Qeyd edək ki, Xomko könüllü olaraq 2022-ci ilin martından Ukrayna ordusuna xidmət edib.
Tətbiqimizi yükləyə bilərsiniz