Pakistanda icra başçısı və mühafizəçiləri qətlə yetirildi


Pakistanın Xeybər-Paxtunxva əyalətində baş verən silahlı hücum nəticəsində yerli icra hakimiyyəti başçısı, onun iki mühafizəçisi və yoldan keçən bir nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquq-mühafizə oranlarına istinadla “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, icra hakimiyyəti başçısının maşını silahlılar tərəfindən pusquya salınıb.
Hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
"Əl-Cəzirə" xəbər verir ki, hücum son vaxtlar ölkədə baş verən terror hadisələrinin artması fonunda baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top