
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrail komandalarını öz turnirlərindən diskvalifikasiya etmək məsələsini müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, UEFA Fələstin tərəfdarı olan “Game Over Israel” təşəbbüsünün nümayəndələri ilə belə bir qərarın hüquqi mexanizmlərini və şərtlərini müzakirə etmək üçün bir sıra görüşlər keçirib. Əsas görüşlərdən biri oktyabrın 15-də UEFA-nın mənzil-qərargahında baş tutub.
Ümumilikdə, UEFA İsrail komandalarının diskvalifikasiyası ilə bağlı müzakirələrə sentyabr ayında başlayıb. UEFA İcraiyyə Komitəsinin sentyabrın 23-də keçirdiyi iclasda İsrail komandalarının diskvalifikasiyası məsələsi gündəliyə çıxarılıb.
Hazırda UEFA-nın İsrail Futbol Federasiyasının ittifaqa üzvlüyünün dayandırılması, həmçinin İsrail komandalarının beynəlxalq yarışlarda iştirakının qadağan edilməsi ilə bağlı səsvermə keçirməyə hazırlaşdığı bildirilir. UEFA-nın 20 üzvdən ibarət İcraiyyə Komitəsinin əksəriyyətinin bu qərarın lehinə səs verəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz