
Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN: 2002644161) olub.
“Admedia.az” MMC Universitetə müxtəlif hədiyyəlik məhsullar satacaq və qarşılığında 28 min 703 manat 50 qəpik alacaq.
Qeyd edək ki, BDU ümumilikdə 12 adda hədiyyəlik məhsul satın alacaq:
VİP qovluq – 20 ədəd;
Hədiyyəlik VİP kepka – 30 ədəd;
Hədiyyəlik VİP polo köynək – 30 ədəd;
Hədiyyəlik bloknot – 30 ədəd;
Hədiyyəlik qələm dəsti – 20 ədəd;
Armudu stəkan dəsti (tək) – 10 ədəd;
Qalstuk (152×6 sm) – 20 ədəd;
Qalstuk (157×8 sm) – 30 ədəd;
Butalı ipək kəlağayı (80×80 sm) – 20 ədəd;
Butalı ipək kəlağayı (1,5×1,5 m) – 10 ədəd;
Qızıl suyuyla işlənmiş VİP suvenir-xatirə hədiyyəsi (36×47 sm) – 5 ədəd;
Qızıl suyuyla işlənmiş VİP suvenir-xatirə hədiyyəsi (27×31 sm) – 5 ədəd.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, ev 2G-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdər oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz