Bir dərs üçün Bakıdan Xankəndiyə gedib qayıdır – 15 saata


Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün Bakıya qayıdır.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Valyuta.az-a müsahibəsində deyib.
Arzu Şükürova bildirib ki, Xankəndiyə getdiyi günlər saat 04:30-da oyanır, 06:00-da evdən çıxır:
“07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–24:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir”.

DİGƏR XƏBƏRLƏR

Top