
“Ukraynanın ərazi məsələləri ölkə başçısı Volodimir Zelenski ilə müzakirə edilməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Düzünü desək, hələ heç bir plan yoxdur”, - o, ABŞ-nin iştirak etdiyi danışıqlar prosesini və Amerikanın Rusiya ilə nizamlanma planının razılaşdırılması perspektivlərini şərh edərkən deyib.
Makron ABŞ-yə Ukrayna nizamlanmasında vasitəçilik roluna görə minnətdarlığını bildirib, lakin yaxın vaxtlarda Rusiya rəhbərliyi ilə mövqelərini əlaqələndirmək üçün Moskvaya gedəcək Amerika nümayəndələri adından danışmaq istəmədiyini vurğulayıb. Fransa prezidenti iddia edib ki, ərazi məsələsini ancaq Zelenski həll edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz