“Airbus” A320-nin problemini aradan qaldırdı


Avropa konqlomeratı “Airbus” 6000-ə yaxın A320 təyyarəsində günəş radiasiyası nəticəsində yaranan problemi aşkar etdikdən sonra proqram təminatını yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
“Bu problemdən potensial olaraq təsirlənən təxminən 6000 təyyarənin böyük əksəriyyəti artıq lazımi modifikasiyaları alıb. Biz aviaşirkət müştərilərimizlə işləyirik ki, qalan 100 təyyarənin xidmətə qayıtmasını təmin etmək üçün onların modifikasiyasına köməklik göstərək”, - məlumatda deyilir.
Qeyd edək ku, daha öncə “Airbus”, müəyyən edilmiş idarəetmə sistemindəki problemlərə görə A320 seriyalı təyyarələri üçün təcili proqram təminatı yeniləməsi edəcəyini açıqlamışdı. Şirkət tərəfindən aparılan təhlil nəticəsində məlum olub ki, intensiv günəş radiasiyası uçuşun idarə edilməsi üçün lazım olan məlumatları təhrif edə bilər. Bundan sonra dünyanın hər yerindən hava yolları uçuşların gecikmələri və ləğvləri barədə məlumat verməyə başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top