
Banqladeş məhkəməsi keçmiş baş nazir Şeyx Hasina, onun bacısı Şeyx Rehana və onun qardaşı qızı, Britaniya parlamentinin deputatı Tulip Siddiqi korrupsiya işi ilə bağlı həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Şeyx Hasina 5 il, bacısı 7 il, qardaşı qızı isə 2 il həbs cəzasına məhkum edilib.
Söhbət Purbaçolda “Yeni Şəhər Rajuk” layihəsi üçün torpaq sahəsinin ayrılması zamanı baş verən qanun pozuntularından gedir.
İttiham tərəfi torpağın qanunsuz əldə edildiyini iddia edir.
Qeyd edək ki, keçən həftə də Şeyx Hasina keçmiş baş nazirə torpaq ayrılması ilə bağlı üç ittiham üzrə 7 il, ümumilikdə 21 il həbs cəzasına məhkum edilib.
Digər tərəfdən, noyabrın ortalarında Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunalı da öz hökmünü elan edib. Bu hökmə əsasən, keçmiş baş nazir bəşəriyyətə qarşı cinayətlər və soyqırım cinayətlərinə görə qiyabi ölüm cəzasına məhkum edilib.
Xatırladaq ki, Şeyx Hasina 2024-cü ilin avqustundan, Banqladeşdəki kütləvi iğtişaşlardan sonra Hindistandadır. 2024-cü ildə Banqladeş hakimiyyəti onun diplomatik pasportunu ləğv edib.
Tətbiqimizi yükləyə bilərsiniz