
Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində strateji raket qüvvələri bazası yaxınlığında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən “Ural56” məlumat yayıb.
Hadisə yerindən çəkilmiş görüntülərdə bənövşəyi tüstü sütununun havaya qalxdığı əks olunub.
Sakinlər Qazaxıstanın “ArbatMedia” nəşrinə bildiriblər ki, insident raketin buraxılması nəticəsində baş verib – guya o, havada parçalanıb.
Səlahiyyətlilər insidentlə bağlı rəsmi açıqlama verməyib. Regional hökumət sakinlər üçün heç bir təhlükə olmadığını və təxliyyənin planlaşdırılmadığını bildirib.
Qeyd edək ki, Yasnı yaxınlığında kosmodrom və eyniadlı raket bazası yerləşir. Buradan nüvə başlıqları daşıyan qitələrarası raketlər buraxıla bilər.
Tətbiqimizi yükləyə bilərsiniz