
“Liverpul” hazırda baş məşqçi Arne Slotu istefaya göndərmək fikrində deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” yüksək səviyyəli klub mənbəsinə istinadən məlumat yayıb.
İnsayderlərin fikrincə, klub Diogo Jotanın faciəvi ölümündən sonra komandanın çətin vaxt keçirdiyini başa düşür və Yurgen Kloppun gedişindən sonra nəticələrin müvəqqəti olaraq aşağı düşəcəyini gözləyir. Lakin qeyd olunur ki, məğlubiyyət seriyası davam edərsə və komanda daha 3-4 matçda uduzsa, vəziyyət dəyişə bilər. Belə olan halda 47 yaşlı hollandiyalının gələcəyi ilə bağlı müzakirələr daha aktuallaşacaq.
Bu arada, “Fenway Sports Group” cari mövsümə uzunmüddətli layihənin ilkin mərhələsi kimi baxmağa davam edir. Qeyd olunur ki, oyunçular menecerə tam dəstək verirlər və qış dövrü onun tərəqqisini qiymətləndirmək üçün əsas olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz