
Hans Diter Flikin gələcəyi ilə bağlı “Barselona”da qeyri-müəyyənlik artır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məluat yayıb.
Məlumata görə, alman məşqçinin mövsüm bitdikdən sonra komandadan getmək ehtimalı tərəfdaşlığı davam etdirmək ehtimalından daha çoxdur.
Çünki Flik komandanın qeyri-sabit nəticələrinə görə ciddi təzyiq altındadır. Vəziyyəti bir sıra oyunçularla, xüsusilə də Lamin Yamal və Robert Levandovski ilə münasibətlərin gərginləşməsi daha da gərginləşdirir.
Klub prezidenti Joan Laporta və idman direktoru Deko artıq mümkün əvəzediciləri nəzərdən keçirir. Namizədlər arasında Luis Enrike liderdir. Lakin PSJ onu buraxmaq fikrində deyil.
İkinci namizəd isə “Komo” ilə işində müsbət təssürat oyadan və kataloniyalıların diqqətini getdikcə daha çox cəlb edən Sesk Fabreqasdır.
Tətbiqimizi yükləyə bilərsiniz