
İran Futbol Federasiyası dekabrın 5-də Vaşinqtonda keçiriləcək 2026-cı il Dünya Çempionatının püşkatma mərasimini boykot etmək qərarına gəlib.
Yeniavaz.com “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, buna səbəb ABŞ-nin İran nümayəndə heyətinin bir neçə üzvünə viza verməməsi ilə bağlı olub.
“Biz FİFA-ya məlumat vermişik ki, qəbul edilən qərarların idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri Dünya Çempionatının püşkatma mərasimində iştirak etməyəcək”, - federasiya nümayəndəsi bildirib.
Qeyd olunub ki, İran millisinin baş məşqçisi Əmir Qalenoyi də daxil olmaqla, nümayəndə heyətinin yalnız dörd üzvü viza alıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz