
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,07% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən aşağı kredit faizləri Bakıda (12,72%), ən yüksək kredit faiz isə Dağlıq Şirvan (19,94%) iqtisadi rayonunda qeydə alınıb.
Əmanətlər üzrə orta faiz dərəcəsi isə ölkə üzrə 5,18% təşkil edib. Ən yüksək əmanət faizləri Abşeron-Xızı (6,84%), ən aşağı əmanət faizləri isə Şərqi Zəngəzur (4,03%) iqtisadi rayonundadır.
Məlumatlar göstərir ki, bütün iqtisadi rayonlarda kredit faizləri əmanət faizlərini dəfələrlə üstələyir. Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb. Bu rayonda kredit faizləri əmanət faizlərini 4,74 dəfə üstələyir.
Ən az fərq isə Abşeron-Xızı iqtisadi rayonunda olub. Burada kredit faizləri əmanət faizlərini 2,42 dəfə üstələyib.
Regionlar üzrə kredit və əmanət faizləri arasındakı fərq aşağıdakı kimidir:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz