2026-cı il dünya çempionatına nə qədər bilet satıldı? – FİFA açıqladı


2026-cı il Dünya Çempionatının oyunları üçün 2 milyon bilet satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Dünya Çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə tarixdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl dünya çempionatının oyunlarına biletlərin qiymətinin 60-6730 dollar arasında olduğu bildirilirdi.
Xatırladaq ki, Argentina hazırkı dünya çempionudur. Argentina 2022-ci il Dünya Çempionatının finalında Fransanı məğlub edib.
Əsas vaxtdan sonra matç 3:3 hesablı bərabərliklə başa çatıb. Cənubi Amerika komandası üstünlüyü penaltilər seriyasında əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top