“Kontakt Home” borcunu vaxtında ödəməyib – 6,7 milyonu ötüb


Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un sahibi olan “ABC-TELECOM” MMC-nin (VÖEN – 1401005061) dövlət büdcəsinə ümumilikdə 6 milyon 704 min 191 manat 98 qəpik vergi borcu var.
Yeniavaz.com
xəbər verir ki, bu yaxınlarda böyük məbləğdə vergi borcu olan “Kontakt Home” barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi araşdırma aparıb.
Araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb.
Məlumat üçün qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində Yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan “Almaniya brendi”, “Almaniya istehsalı” kimi ifadələr silinib.
Onu da bildirək ki, “ABC-TELECOM” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər sabiq millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top